İsraildə irimiqyaslı tətillər keçirilir

HaqqYolu - Bu gün "Qistadrut" ittifaqının qərarı ilə İsraildə irimiqyaslı tətillərə başlanılıb.
İTAR-TASS agentliyi xəbər verir ki, dövlət müəssisələri, bələdiyyə idarələri, banklar, birjalar, poçtlar, dəniz limanları, dəmiryol xidmətləri, muzeylər və teatrlar tətil edirlər.
İstisnalar avtobus şirkətləri və təhsil müəssisələri üçün edilib. Bundan başqa, Ben-Qurion adına Beynəlxalq hava limanı öz işini yerli vaxtla 12:00-da bərpa edəcək. Dövlət xəstəxanaları, elektrik şirkətləri, su ehtiyatı idarələri də şənbə günü rejimində işlərini davam etdirəcəklər.
Bu tətil "Qistadrut" və Maliyyə Nazirliyi arasında meydana gələn münaqişənin davamıdır. İlk dəfə belə tətil keçən ilin noyabrında baş verib. Lakin sonda məhkəmə tərəfləri razılığa gətirə bilib. Bu axşam yenidən danışıqlar aparılacaq.





