Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5041
ORXAN
AZERBAYCAN
Ayətullah Xameneyi
SALAM ELEYKUM.1.SERMAYE NEDIR?.2.XUMUS VEREN ADAM SERMAYENI NECE GOTURUR?.3.SONRAKI ILLERDE SERMAYE NECE ARTIR NECE AZALIR?.4.SERMAYE MALIN AZALIB COXALMASI ILE GOTURULUR?.5.YA EVVELDE SERMAYE GOTURMUSEN KI, HEMISE O QALIR?XAISH EDIREM ACIQ CAVAB YAZASUZ.CAVABI DA TEZ GONDERESIZ.SAGOLUN.
Cavab: 1. Sərmayə sizin qazanc məqsədi ilə sərf etdiyiniz mayadır. 2. Sərmayə xümsü verilmiş maldan olmalıdır. Əgər xümsü verilməyibsə, nəzərdə tutduğunuz qazanc məqsədi üçün sərf etməzdən öncə xümsünü çıxarmalısınız. 3-4. Sonrakı illərdə (artıq xümsü verilmiş) sərmayədən əldə etdiyiniz gəlirin xüms ilinizdən artıq qalan hissəsinin xümsü verilməlidir. 5. Sərmayənin xümsünü öncədən çıxarmısınızsa, sonrakı illərdə ona xüms gəlmir.
Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5042
Elevset
Azerbaycan
Ayətullah Xameneyi
Salam. Xahish edirem bu suala cavab veresiniz: 1) Vefat etmish her bir muselmani qeyri-muselman qebiristanliqinda sheriete uyqun basdirmaq olarmi?
Cavab: Müsəlmanın qeyri-müsəlman məzarlığında dəfn olunması icazəli deyil.
Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5043
Samir
Geo
Ayətullah Məkarim
Sökülmüş məscidin avadanlıqlarını başqa yerə işlətmək olarmı?
Cavab: Əgər başqa məscidlərdə istifadəsi mümkünsə, onlara verilsin. Əgər istifadəyə yararsızsa, satılsın və puluna həmin məscid üçün ehtiyac duyulan şeylər alınsın.
Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5044
Sədəf
Azərbaycan
Ayətullah Məkarim
Əgər həkim müalicədən imtina edirsə və nəticədə xəstə dünyasını dəyişirsə, onun cəzası nədir?
Cavab: Həkim cəzalandırılmalıdır. Cəzalandırmanın müxtəlif növləri var: zindan, cərimə, işdən müvəqqəti və daimi məhrumluq.
Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5045
bende
azerbaycan
Ayətullah Fazil
Bismillah deye bilersinizmi insan teqiyye uzunden namazi vaxtindan evvel qila bilermi?
Cavab: Qıla bilər, lakin sonra yenidən qılmalıdır.
1005 | 1006 | 1007 | 1008 | 1009 | 1010 | 1011 | 1012 | 1013