Ad:
Ölkə:
Müctəhid:
Sual:
(1
abbas
azerbaycan
Ayətullah Sistani
salam.qadinlar cume namazi qila bilermi?evde ve tek qila bilerlermi.nece qilinmalidir?
Cavab:

Allahın salam və rəhməti olsun sizə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Qadınlar cümə namazında iştirak edə bilərlər. Lakin cümə namazının özünə məxsus şərtləri vardır. O cümlədən camaatla qılmaq, imamlıq şərtlərinə malik şəxsə iqtida etmək və s. Cümə namazı barədə ətraflı məlumat üçün "İzahlı şəriət məsələləri" (risalə) kitablarına müraciət edin. Bu kitabları bizim saytımızın kitabxanasında aşağıdakı linkdən də əldə edə bilərsiniz:

http://www.haqqyolu.org/kitabxana/index.php?movzu=Fiqh
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Ad:
Ölkə:
Müctəhid:
Sual:
(2
z
azerbaycan
Ayətullah Məkarim
eger bir insanin teqlid etdiyi muctehidin fetvalari agir olar yaxud ona emel etmek onun ucun emel etmek mumkunsuz olarsa tebi ki bezi meselelerde bu zaman teqlidi deyismek olar basqa muctehide?2 yaxud iki muctehidin elemliyi baresinde ferqi tapa bilmese onlardan istediyini sece bilermi?
Cavab:

Allahın salam və rəhməti olsun sizə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
1. Müctəhidlər arasında müəyyən bir məsələyə münasibətdə fikir ayrılığı varsa, daha elmli, (ələm) müctəhidə təqlid etmək lazımdır.
İlahi hökmlərdə heç bir ağırlıq və çətinlik yoxdur. Mütəal və hikmət sahibi olan Allah öz bəndələrini yerinə yetirə biləcəkləri miqdarda mükəlləf etmişdir. Fətva verilən məsələdə digər mərcələrə rücu edə bilməzsiniz. Lakin əgər bir məsələ ilə bağlı təqlid etdiyiniz müctəhid qəti fətva verməmişsə, sadəcə ehtiyat əsasında müəyyən şəkildə əməl etməyi söyləyirsə, elə bir ehtiyat vacib ehtiyat adlanır. Təqlidçi ya onun söylədiyinə əməl etməli, ya da başqa bir müctəhidə üz tutmalıdır. Bu müctəhid bir məsələ ilə bağlı qəti fətva vermişsə, məsələn, namazda iqaməni müstəhəb saymışsa, eyni zamanda onu tərk etməməyi ehtiyat bilmişsə, elə bir ehtiyat, müstəhəb ehtiyat adlanır. Təqlidçi bu göstərişə əməl edib-etməməkdə azaddır. Əgər müctəhid bir iş haqqında “təəmmul məhəlli” və ya “işkal məhəlli” sözlərini işlədirsə, təqlidçi ya ehtiyata əməl edər, ya da başqa birinə üz tutar. Amma müctəhid bir məsələ ilə bağlı “zahirdə belədir” və ya “daha qüvvətli nəzər belədir” (“əqva”) təbirlərini işlədərsə, bu təbirlər fətva sayılar və təqlidçi ona əməl etməlidir.
2. Daha elmli müctəhidi dəqiq tanımaq mümkün olmadıqda ehtiyat budur ki, insan daha elmli saydığı müctəhidə təqlid etsin. Əgər bir neçə müctəhidi elm baxımından fərqləndirə bilməzsə, onlardan istənilən birinə təqlid edə bilər.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Ad:
Ölkə:
Müctəhid:
Sual:
(3
v
a
Ayətullah Sistani
salam.səcdəni 2 və ya 1 etdiyim barədə şəkk etsəm nə etməliyəm .
Cavab:

Allahın salam və rəhməti olsun sizə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Sualın fərzində ondan sonrakı  rüknə daxil olmayıbsınızsa, bir başqa səcdə də yerinə yetirin. Amma başqa rüknə daxil olsanız, öz şəkkinizə etina etməyin və namazınız düzgündür.
Qeyd: Nаmаzın rüknlәri bеşdir: niyyәt, tәkbirәtül-еhrаm, tәkbirәtül-еhrаm dеdiyi vахt, hәmçinin rükuyа müttәsil оlаn (yәni rükudаn qаbаqki) qiyаm, rüku, iki sәcdә birlikdə.
Hаqq Yоlu Elm və Mədəniyyət İnstitutu/Şəriət bölməsi
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Ad:
Ölkə:
Müctəhid:
Sual:
(4
Elmar
Azerbaycan
Ayətullah Xameneyi
Salam Allah sizden razi olsun ki bu sayiti istifadeye vermisiz.Menim sulaim beledir eger sperma paltara bedende hec bir yere deymese ve sperma cole geldikden sonra cinsiyyet organi yuyulub suya cekilse pak olsa bu halda qusula ehtiyac var?Bu halda Destamaz alib namaz qilmaq olar.Tesekkur
Cavab:

Allahın salam və rəhməti olsun sizə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Sperma xaric olsa, namaz üçün qüsl etmək lazımdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Ad:
Ölkə:
Müctəhid:
Sual:
(5
Həsan
azerb
Ayətullah Xameneyi
Salam əleykum. Necəsiniz? Allahdan istəyirəm ki, özü sizin işlərinizə yardımçı olsun və müsəlmanları başı uca etsin. İslam bayrağını yer üzündə ucaltsın. Mən islamın bütün əmrlərini qadağalarını sözsüz qəbul edirəm və bilirəm ki, islam insanın xeyrini istəyir. Amma bəzən qarşıya çıxan sual insanı rahat buraxmır. ona görə də cavab axtarmağa çalışırıq. xahiş edirəm bu sualıma cavab verib məni çətinlikdən qurtarınş Naməhrəm qız və oğlanın münasibəti (əlaqəsi) niyə haramdır. bunu qadağan edəni bir dəlil varmı? yenə də çox sağ olun. Allah zəhmətlərinizin qiymətini Özü versin.
Cavab:

Allahın salam və rəhməti olsun sizə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
İki naməhrəmin münasibətləri (əlaqələri) çox geniş bir anlayışdır, onlardan bəzilərinin iradsız və icazəli, bəziləri isə qadağandır.
Siz də münasibət tipini qeyd etmədiyinizdən bu məqsədiniz bizim üçün bir qədər qaranlıq qalır. Amma bu sualı neçə cəhətdən cavablandırmaq olar. Ona görə də biz naməhrəmlər arasında əlaqələr haqqındakı rəvayəti sizin üçün açıqlayırıq:
1- "Kafi" kitabında öz sənədi ilə Sədul-Əskaf imam Baqirdən (ə) rəvayət edib ki, imam (ə) buyurdu: Ənsardan olan bir gənc Mədinə şəhərinin küçələrində bir qadınla rastlaşdı. O günlərdə qadınlar məqnələrini qulaqlarının arxasına atırdılar- qadın onu keçən vaxt o qadının arxasınca düşdü və arxadan ona baxırdı, ona baxa-baxa dar küçəyə daxil oldu, orada divarda olan sümük, ya şüşə cavanın üzünə keçib onu yardı, qadın gözündən itən vaxt gördü ki, qan sinəsinə və paltarlarına tökülür. Öz-özünə dedi: And olsun Allaha Allahın peyğəmbərinin yanına gedib və bu hadisəni ona danışacam. Cavan o həzrətin yanına getdi və Allahın Rəsulu onu görən kimi onun üzünə nə olmasını soruşdu? Cavan hadisəni danışdı. Sonra Cəbrayıl nazil oldu (Məhəmməd Hüseyn Təbatəbai, "Əl-mizan" tərcüməsi, c. 15, səh. 160, Qum, İslami nəşriyyat ofisi, 1374 hicri şəmsi tarixi ilə) və bu ayəni gətirdi:

«قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصارِهِمْ وَ يَحْفَظُوا فُرُوجَهُمْ ذلِكَ أَزْكى‏ لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِما يَصْنَعُونَ»

Möminlərə de ki, gözlərini (naməhrəmə baxmaqdan) bağlasınlar, saxlasınlar, öz iffətlərini qorusunlar. Bu onlar üçün daha pakizədir. Allah onların işlərindən agahdır. ("Nur" surəsi, ayə 30)
2- Əziz İslam peyğəmbəri (s) buyurur: Qiyamətdə üç gözdən başqa bütün gözlər ağlayar, Allah qorxusundan ağlayan göz və Allahın haramlarına bağlanan göz (naməhrəmlərə haram baxışı olmayan) və Allah yolunda yatmayan göz. ("Kənz əl-dəqaiq və bəhr əl-ğəraib)
3- İmam Rza (ə) buyurur: Möminlərə haramdır ki, ərli və ərsiz arvadların tüklərinə baxsınlar çünki bu iş şəhvətə və fəsada çəkilməyə səbəb olur. ("Bəhar əl-ənvar", c. 101, səh. 34)
Qeyd edək ki, bu barədə hədis çoxdur, amma bunları açıqlamaq imkanlarımız məhdud olduğundan bu qədərlə kifayət edirik. Saytımızın kitabxanasıda hədis bölməsinə müraciət etsəniz, özünüz bu mövzuda çoxlu hədislər tapa bilərsiniz. Bölmə aşağıdakı linkdə yerləşdirilmişdir: http://www.haqqyolu.org/kitabxana/index.php?movzu=H%C9%99dis
Hаqq Yоlu Elm və Mədəniyyət İnstitutu/Şəriət bölməsi
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9