|
Sual: |
(3031
İbtidai insanlar hansı dinə qulluq ediblər? |
| Cavab: | İlk insan cəmiyyətləri ilə əlaqədar aparılan sosioloji tədqiqatlar göstərir ki, ibtidai insanların dini etiqadları əsasən üç təfəkkür tərzi üzərində qurulmuşdur: 1.Fetişizm; 2.Animizm; 3.Totemizm. Bu kimi etiqadlar üçün müəyyən və vahid bir təsisçi və bani göstərmək mümkün deyildir; amma sırf bu etiqadların mövcud olması onu göstərir ki, insanlar xilqətin əvvəlindən təbiətin fövqündə olan həqiqətlərə etiqad bəsləmişlər. Amma onlar bu barədə düzgün dərk etmədikləri üçün, eləcə də ilahi rəhbərlərdən uzaq düşmələri, xalis etiqadın olmaması ucbatından müxtəlif təhriflərə məruz qalmış, xurafat və mövhumatlara üz tutmuşlar. |
|
Sual: |
(3032
“Ərrəhмan” surəsində oxuyuruq: “O gün nə bir insan, nə bir cin günahı haqqında sorğu-sual olunмayacaq.” Hansı ki, Quranın bir çox başqa ayələrində günahkarların sorğu-suala çəkiləcəyi bildirilir. Həqiqət haradadır? |
| Cavab: | Ayənin əsil мahiyyətini növbəti ayə açıqlayır. Həмin surənin növbəti ayəsində oxuyuruq: “Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar.” “Yasin” surəsində də uyğun мəsələyə toxunulмuşdur. Buyurulur: “Bu gün onların ağızlarını мöhürləyirik. Etdikləri əмəllər barəsində onların əlləri biziмlə danışar, ayaqları isə şəhadət verər.” Deмək, haqqında danışılan ayədəki “sorğuya çəkilмəz” ifadəsinin əsil мənası odur ki, insan dili ilə cavab verмəz. |
|
Sual: |
(3033
Siga halaldirmir. Ne kimi subutunuz var? |
| Cavab: | Quranda oxuyuruq: فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَة (Sadalanan on dörd qismdən başqa) müvəqqəti evləndiyiniz qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin. Ayədə sözügedən اسْتَمْتَعْتُمْ ifadəsi ərəb dilində متعه sözündən törəmişdir. Bu söz Peyğəmbərdən (s) və səhabələrdən nəql olunan hədislərdə müvəqqəti nikah mənasını ifadə edən termin kimi işlənmişdir. Təbii ki, əgər اسْتَمْتَعْتُمْ ifadəsini hərfi mənasında (faydalanmaq) başa düşsək o zaman ayə belə bir məna verəcək: “(Sadalanan on dörd qismdən başqa cinsi baxımdan) faydalandığınız (daimi) qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin“. Halbuki İslamda mehri ödəmək qadınlardan cinsi zəmində faydalamaqla şərtlənməmişdir. Məşhur nəzəriyyəyə görə mehrin hamısı, digər nəzəriyyəyə görə isə yarısı daimi əqd oxunan kimi vacib olur. Böyük səhabə va tabeilər hamısı (məşhur təfsirçi İbn Abbas, Übəyy ibn Kəb, Cabir ibn Abdullah, Səid ibn Cübeyr, Mücahid, Qutadə, Südəyy, əhli-sünnə təfsirçilərinin böyük əksəriyyəti və əhli-beyt təfsirçiləri bütünlüklə) məlum ayənin müvəqqətu izdivac haqqında olduğunu bildirmişlər. Maraqlı burasıdır ki, bu kimi məsələlərə böyük həssaslıqla yanaşan görkəmli təfsirçi Fəxr Razi məlum ayənin müvəqqəti nikah haqqında olduğunu bildirir. |
|
Sual: |
(3034
Allah hansı işləri qəbul edir? |
| Cavab: | Əməlin qəbul olması üçün həm hədəf, həm iş, həm də vasitə düzgün olmalıdır. Məsələn, həccə getmək düzgün hədəfdir. Amma oğurluq at ilə bu səfərə çıxmaq nəinki savab deyil, hətta günahdır. Təmizliyi qorumaq yaxşı işdir. Amma qara kömürlə ağ divara “zibil atmayın” yazmaq özü çirkin bir işdir. Bəzən isə üsul və vasitə düz olduğu halda hədəf yanlış olur. Həzrət Əli (ə) ilə müxalif olan xəvaric dəstəsi “hökm yalnız Allaha məxsusdur” şüarı ilə çıxış edirdilər. Şüar öz-özlüyündə düzgün olsa da, onu göyə qaldıranlar həqiqəti tapdamaqla məşğul idilər. Quranı başına qaldıran insan onun göstərişlərinə əməl etməlidir. Həkimin yazdığı nüsxəni çərçivəyə salıb divardan asan, amma dərmanları qəbul etməyən xəstə sağalarmı?! |
|
Sual: |
(3035
Imamet usuliidindendir, yoxsa fruiddinden? |
| Cavab: | Bu məlsələ haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Əhli-sünnənin məşhur alimi və “Nəhcül-həqq” kitabının müəllifi Fəzl ibn Ruzbehan yazır: “Əşərilərin baxışında imamət dinin əsası və etiqadi məsələlərdən yox, mükəlləfin əməli ilə bağlı fürui-dindəndir!” Bu məsələdə əhli-sünnənin digər firqələri ilə əşərilik arasında heç bir fərq yoxdur. Çünki onların hamısı imaməti əməli yöndə xalqa tapşırılan vəzifələrdən bilirlər. Yalnız Əhli-beyt (ə) məktəbinin ardıcılları olan şiələr, eləcə də, Qazi Beyzavi və onun bir qrup ardıcılı imaməti dinin əsaslarından hesab edirlər. Bunun səbəbi aydındır. İmamət Allah tərəfindən müəyyənləşmiş ilahi mənsəb və məqam olduğundan onun təyini yalnız Allaha aiddir. Şəriətin əsasını qoyan Peyğəmbərə (s) inam zəruri olduğu kimi, imamlara da inam labüddür. Lakin bu o demək deyil ki, imamiyyə şiələri bu fikirlə müxalif olanları kafir adlandırırlar. Əksinə, onlar sair müsəlman firqələrini müsəlman bilir və bu əqidəni qəbul etməsələr də onlara müsəlman qardaş kimi baxırlar. Məhz bu səbəbdən şiələr dini etiqadı iki hissəyə bölmüşlər: 1) Dinin əsasları – tövhid, nübüvvət və məad; 2) Məzhəb əsasları – ilahi ədalət və imamət. Bu araşdırmanı İmam Rizanın (ə) bir buyuruğu ilə sona yetiririk: اِنَّ الْاِمامَةَ زَمامُ الدِّينِ وَنِظامُ المُسلِمِينَ وَصَلاحُ الدُّنْيا وَعِزُّالمؤُمِنِينَ، اِنَّ الْاِمامَةَ اُسُُّ الْاِسْلامِ النّامِى وَفَرْعُهُ السّامِى، بِالْاِمامِ تَمامُ الصَّلاة وَالزَّكات وَالصِّيام وَالحَجّ وَالجَهاد وَتَوْفيرُ الفَيئ وَالصَّدَقات وَاِمْضاءُالْحُدوُد وَالْاَحْكام، وَمَنْعُ الثُّغوُر وَالْاَطْراف، اَلاِمامُ يَحِلُّ حَلالَ الله، وَيَحْرُمُ حَرامَ الله، وَيُقِيمُ حُدوُد الله، وَيَذُبُّ عَنْ دِينِ الله، وَيَدْعُو اِلی سَبِيلِ رَبِّهِ بِالحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَالْحُجَّةِ الْبالِغَةِ “İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı və möminlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytül-mal (ümumi əmlak) və sədəqə (yoxsullara kömək) çoxalır, qanun və hökmlər icra olunur, İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru dəvət edir!” |




