Sual:
(26
ассаламу алейком!суал беледи имам али (а) гызыны омара ере верибми?хаиш едирем бу хедис хансы китабда йазылыб буну дегиг мене йаза билерсиз? хаиш едирем бу хагда етрафлы йазасыз,тешшекур едирем!
Cavab:

�Ələykum salam.

Bu haqda olan hədislərin hamısının sənədləri (raviləri) zəifdir. Hədislərin mətnlərini bir-birilə uzlaşdırdıqda isə, heç birinin digərilə tam uyğun gəlmədiyinin şahidi olursan. İmam Sadiq (ə) isə bu barədə buyurur: Bu bizdən zorla alınmış namusdur. Bu hədisə əsasən isə, İmam Əli (ə) qızını könüllü surətdə Ömərə ərə verməyib. Ömərin İmam Əlini (ə) bu işə məcbur etməsi haqqında müxtəlif hədislər də var. Bu haqda Ayətullah Seyid Əli Milani ağanın bir kitabı da var ki, dilimizə tərcümə olunub və internetdə yayımlanacaq. İnşa Allah oradan bütün həqiqətləri oxuya bilərsiniz. Bu barədə bu linkə də baxa bilərsiniz: http://313news.net/forum/index.php?/topic/63/

Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

Sual:
(27
selamun aleykum bir xanim esir olduqu zaman bilseki qeyretine toxunacaqlar ozune qesd eliye biler? ve eyni zamanda bir esger gorseki esir dusecek ozunu oldurmekle bir nece dusmenide oldurecek bu zaman ozunu oldure biler xahis edirem bu suallara etyrafli cavab vererdiz allah sizlerden razi olsun
Cavab:

 Ələykum salam.

Birinci halda qadın elə bir iş görməlidir ki, onu düşmənlər öldürsün. İnsana heç bir vəchlə intihar etməyə icazə verilmir. Əgər günaha görə qorxursa, Allah bağışlayandır. İntihar etmək isə, Allahın rəhmətindən naümid olmaqdır. Bu isə, bağışlanmayan günahlardan sayılır.

İkinci halda isə, əgər müdafiə cihadıdırsa, hətta canı verməklə də olsa, müdafiə üçün bu addım atılmalıdır. Amma, məsləhət bilinən yerdə. Məsləhət verən şəxs də, ən azından hərbi sahədə mütəxəssis olmalıdır. Əgər hücum cihadıdırsa, burada həm hərbi sahədə mütəxəssis, həm də fiqhi baxımdan mütəxəssis və adil şəxsin göstərişi olmalıdır. Hər iki halda bir şərt də var ki, bu addımın nəticəsi müsbət və faydalı olsun. Buna şəriətdə "istişhad" yəni, könüllü şəkildə şəhadətə getmək deyilir.

Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

Sual:
(28
Salam aleykum.Mefatihul-cinan kitabinin elektron variantini Ereb-azerbaycan dilinde nece tapa bilerem?
Cavab:

 Ələykum salam. Bu kitabın ərəb və ərəb-fars variantı internetdə mövcuddur. Amma, ərəb-azəri variantının nə internet versiyası var, nə də elektron versiyası. Ola bilsin gələcəkdə olsun. Amma, hazırda ancaq kitab şəklindədir. Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

Sual:
(29
salam men esiddiyime gore yasin kitabi var eee o kitabda tukleri yox etmek ucun nese yazilib qarisiq di onu duzeldib cekirsen hara istesen ordan daha tuk cixmir mumkunse bu qarisiqi mene deyesiz saq olun....
Cavab:

 Ələykum salam. Bu barədə "Tibbi hədislər toplusu" kitabına müraciət edin. Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

Sual:
(30
Salam qardaşlar. Sizə əvvəl də sual göndərmişdim. Ancaq nəsə suallarıma cavab gəlmədi. Amma yenə sizə sual göndərirəm. Çünki, Azərbaycan dilində fəaliyyət göstərən mənim tanıdığım ən çox dini məlumatı verən saytsınız. Sizdən xahiş edirəm ki, saytınızda sələfi iddialarına cavab verən bir bölmə açasınız. Çünki, şiə qardaşlardan sual soruşanda sadəcə deyirlər ki, sələfilərdən uzaq dur. Ancaq, sələfilərin iddialarına cavab vermirlər. Bu da insanların öz əqidələrində şübhə yaradır. Mən sələfi iddialarından bir neçəsini sual şəklində sizə göndərəcəyəm. Ümid edirəm ki, cavablayarsınız. 1. Sələfilər deyirlər ki, Allah ərşin üzərindədir. Buna da dəlil Quran ayəsini misal çəkirlər və bunun Quranda həqiqi mənasında işləndiyini deyirlər. Deyirlər ki, Allahın ərşin üzərində olması ona məkan nisbət vermək deyil. Çünki, məxluqat məhduddur. Məkan da məhduddur. Məkanın da son nöqtəsi ərş oluğuna görə ərşdən sonrası məkan deyil. Üstəlik deyirlər ki, Allah elmi ilə hər yerdədir. Allahın hər yerdə olmasını demək ona məkan nisbət verməkdir. Çünki hər yer anlayışı məkan anlayışını bildirir. Yəni məxluqatın var olduğu yerlərə (istər pak yerlər və istərsə də nəcis yerlər) Allahı möhtac etmək deməkdir deyirlər. 2. Sələfilər deyirlər ki, istiva kəlməsinin təxminən 21 mənası var. Ancaq Qurani Kərimdə keçən istiva kəlməsinin yanında işlənən (səhv etmirəmsə) ala kəlməsi ilə birlikdə işləndikdə ancaq oturmaq mənasını verir. Onlar oturmağın bizim başa düşdüyümüz mənada oturmaq olmadığını və keyfiyyətinin bizə məlum olmadığını deyirlər. Ona görə Qurani Kərimdə yazılanı qeyd şətsiz qəbul etmək lazım olduğunu deyirlər. Hələlik sualım bu qədər. Allah amanında
Cavab:

 Ələykum salam. Qardaşım, əgər vaxtın varsa, bu mövzunu oxu: http://313news.net/forum/index.php?/topic/631/ Bu sualların hamısına o forumda ətraflı cavab verilib. Əgər hansısa qaranlıq məqam qalsa, konkret sualla bizə yaza bilərsiniz. Birdə, deyirsiniz sualıma əvvəl cavab verilməyib. Qeyd edim ki, bir müddət "Sual-cavab" bölümünün "Ümumi" suallar hissəsi fəaliyyət göstərməyib. Ona görə də, sualınız və başqa şəxslərin də sualları cavabsız qalıb. Saytda "sələfi iddialarına cavab" bölməsinə gəlincə, bunu sayt rəhbərliyinə çatdırarıq. Əgər razılıq və işçi qüvvəsi olsa, bunu da edərik. Allah razı olsun. Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10