|
Sual: |
(1
evlere qoyulan suseden gozmuncuqlari bed nezerden qorunmaq ucun dogrudur?bed nezerin olmasina dair delil hansidir? |
| Cavab: | Qurani-kərimdə bu sahədə təsirli tanınmış ayə var. Həzrət Yaqubun öz oğlanlarına tövsiyyəsindən danışan ayələrdə bəd nəzər mövzusu təsdiqlənir. |
|
Sual: |
(2
ayede yazilan istifade etdiyiniz qadinlarin mehriyyelerini verin meger icdivacdan qabaq mehriyye teyin olunub verilmir?nece ola bilerki icdivacdan sonra? |
| Cavab: | Ayədə nikahdan öncə nəzərdə tutulur. |
|
Sual: |
(3
Azerbaycan Muselman olkesi sayilirmi ? |
| Cavab: | Azərbaycan müsəlman ölkəsidir, amma İslam dövləti deyil. Bunlar fərqli anlayışlardır. |
|
Sual: |
(4
sigeden sui istifade etmek nedir?ve nelerdir |
| Cavab: | Həyatda bütün şüylərdən sui-istifadə etmək mümkündür. Bıçaq nümunəsini götürün - bıçaqla faydalı iş də görmək olar, günahsız insanı öldürmək də. Siğə nikah növüdür və şərtləri var. Siğədən doğulan körpə siğə edən kişinin övladıdır. İki siğ arası aybaşı ötürülməlidir. Bütün bunlar nəzərə alınmırsa demək siğədən sui istifadə edilir. Hətta daimi nikahdan sui-istifade edilməsi mümkündür. Bir insan müvəqqəti ləzzət xatirinə bir qızla nikaha girib qısa müddət sonra boşayarsa bu sui-istifadədir. |
|
Sual: |
(5
istixarenin haq olma delilini yaza bilersiniz? |
| Cavab: | Məşhur Vəsailüş-şiə kitabının "Səlatun-istixarə" babında istixarə haqqında kifayət qədər rəvayət nəql olunub. |


