QARA MAYA 115 GÜN QALDI!
Yoxsul şəhərin bətnində varlı bala?
Azərbaycanda işsizlik, korrupsiya, fahişəlik kimi poblemlərin dözülməz həddə çatdığı hamıya aydındır. Maraqlıdır bu qədər problem içində Bakının qucağında Milyonçular Şəhərciyi salınır.
"Eurovision-2012" mahnı müsabiqəsinin İşçi Qrupunun sədri Adil Kərimli cümə günü Trend-ə deyib ki, "EuroVillage"in yaradılması "Eurovision" mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biridir. "EuroVillage" açıq sahədə yaradılacaq. Burada müxtəlif kampaniyalar, konsertlər, müsabiqənin nümayəndə heyətləri tərəfindən ayrı-ayrı proqramlar, tədbirin sponsorları tərəfindən müxtəlif tədbirlər və s. keçirilə bilər.
Kərimli deyib ki, "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda "Euroclub" da yaradılacaq. Burada "Eurovision"a gələn jurnalistlər və iştirakçılar üçün müxtəlif əyləncəli gecələr təşkil olunacaq. Bununla yanaşı, burada "Eurovision" mahnı müsabiqəsində təmsil olunan ölkələr adından qəbullar keçiriləcək. Bu qəbullara giriş dəvətnamə ilə mümkün olacaq.
Onun sözlərinə görə, hazırda həm "EuroVillage", həm də "Euroclub"un yaradılması üçün yerlər müəyyənləşdirilir. Hər iki məkanın müsabiqənin keçiriləcəyi "Baku Crystal Hall"a yaxın yerdə yaradılması nəzərdə tutulur. Kərimli "EuroVillage" və "Euroclub"un yaradılacağı yerlərin yaxın vaxtlarda elan ediləcəyini bildirib.





