Şrift ölçüsü: Kr
10 Mart 2009

İslam peyğəmbəri (s) şərqşünasların nəzərində

“Şərqşünaslıq” sözü ingilis dilindəki “orientalizm” sözündən götürülmüş, şərq xalqlarının dili və mədəniyyəti haqqında bəhs edən elmə deyilir. Hələ avropalıların “Aralıq” dənizini dünyanın orta nöqtəsi hesab etdikləri bir vaxtda, şərq dünyası bu dənizin şərqində yaşayan bütün xalqlara şamil edilirdi. Sonralar bu məfhum coğrafi sərhədləri keçib, Ərəbistan yarımadasının qərb hissəsinə və şimali Afrikaya da aid edildi, nəticədə isə ümumi şəkildə şərq-şünaslıq sözü ərəbşünaslıq və islamşünaslığa şamil oldu, hər-çənd ki, bu tədqiqatçılar şərqin özündən olsa belə, “şərqşünas” adlandılar. Avropalıların şərq haqqında nə vaxtdan təhqiq etmələri haqda yekdil rəy mövcud deyildir. Bəziləri bunun Heridotun vax-tından, digərləri isə İskəndərin şərqə hucumundan sonra baş-ladığını dedikləri halda, bunu Peyğəmbərin (s) həyatda olduğu vaxtda baş vermiş “Mutə” və “Təbuk” döyüşləri dövrünə – 11-ci əsrə, eləcə də “Xaç” yürüş-lərindən sonrakı dövrlərə aid edənlər də vardır. Şərqşünaslıq fundamentalizm mənasında şərqə bir növ təh-qiramiz şəkildə baxır və qərb dün-yasını şərqdən üstün təsəvvür edirdi. İslam dini zühur etdikdən sonra şərq və qərb dünyasının əlaqələrində yeni bir fəsil açıldı. Bu din siyasət və mədəniyyət sahəsində özünü doğrultduqdan sonra, islamşünaslıq bu sahənin daha çox hissəsini uzun illər özünə cəlb etdi və o zamandan bu günə qədər qərblilər İslam haqqında qərəzli iddialarla çıxış etməyə başladılar. Şübhəsiz, qərb-lilər İslam dinini həzrət Mü-həmmədin (s) adı ilə tanıdıqları üçün, o həzrətin həyat tərzi onların daim diqqət mərkəzində olmuşdur. Təəssüflər olsun ki, onlar yersiz və qərəzli iddialarla İslamın əksinə çıxaraq, peyğəm-bərlərə hörmətsizliklə yanaşdılar. Heç bir din başqa pey-ğəmbərlərə İslam qədər diqqət etməmiş və ehtiramla yanaş-mamışdır. İslam və onun Peyğəmbəri (s) digər peyğəm-bərlərə məhəbbət bəsləmək və hörmət göstərmək möv-qeyindən çıxış etmişdir. İslam baxımından bütün peyğəmbərlər eyni məqsəd, yəni tövhid prinsipini təbliğ etmək üçün göndərilmişlər. Quran ayələri qərb və şərq mədəniyyətindən söhbət açma-dan, dini etiqadlara və əməllərə etibar bağışlamaqla çıxış etdi. Məsələn, Allah-taala Qurani-Kərimdə kitab əhli barəsində buyurur: “(Onların hamısı) eyni deyil, kitab əhlindən sabitqədəm bir camaat var ki, onlar gecə vaxtı səcdə edərək Allahın ayələrini oxuyurlar”. (“Ali-İmran”/113). “Onların gördükləri xeyr işlərdən heç biri inkar edilməz (əcrsiz qalmaz). Allah təqvalıları tanıyır”. (“Ali-İmran”/115.) Başqa bir ayədə müsəlmanlara xitab edərək buyurur: “Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq və onlarla ədalətlə rəftar etməkdən sizi çəkindirmir. Şübhəsiz ki, Allah ədalətlə rəftar edənləri dost tutar”. (“Mümtəhinə”/8.) Həmçinin, “Ənkəbut” surə-sinin 46-cı ayəsində buyurur: “Kitab əhlinin zülm edən-lərindən savayı, onlarla ən gözəl şəkildə mücadilə edin...” Quran özündən əvvəlki dinlərə ehtiramla yanaşmaqla, onların ardıcıllarını bu dinlərin İslamla müştərək olan prin-siplərinə doğru dəvət edərək buyurur: “(Ya Mühəmməd) de: “Ey kitab əhli! Sizinlə bizim aramızda ortaq olan bir sözə tərəf gəlin (ki); Allahdan başqasına ibadət etməyək, ona şərik qoşmayaq; Allahın yerinə, bir-birimizi Rəbb kimi qəbul etməyək... ” Başqa bir ayədə Tövrat və İncili nur və hidayət kitabı kimi yad edir. (“Maidə”/44-46.) Qur-ani-Kərimdə bu kimi ayələrə çox rast gəlmək olar. Digər tərəfdən də, Peyğəmbər (s) İslam hökumətinin rəhbəri olduğundan, o həzrətin həyat tərzi kitab əhlinin düşmənçiliyinə səbəb olmurdu. Besətin 6-cı ilində müşriklərin müsəlmanlara qarşı təzyiqlərinin artdığı bir vaxtda, Peyğəmbər (s) onlara xaçpərəst bir şəxsin hökmranlıq etdiyi Həbəşə diyarına getməyi təklif edərək buyurdu: “Həbəşəyə gedin; çünki oranın bir hakimi var ki, onun yanında kimsəyə zülm olunmaz. Ora doğruluq diya-rıdır.” ( “Tarixi-Təbəri”, c.1, səh 546.) Həmçinin, o həzrətin Roma imperatoruna məktub yazması da onları düşmənçiliyə deyil, dinin müştərək prinsiplərinə dəvət etmək idi. Bunlardan başqa, İs-lamın bütün mənbələri, eləcə də münacatları peyğəmbərlərə salam verməklə başlayır. “Səmavat” və “Məşlul” dualarını buna misal göstərmək olar. Bu dualarda Allahın Musa (ə), İbrahim (ə), İshaq (ə), Yəqub (ə) və İsa (ə) haqqındakı inayətlərindən söhbət açılır. Yəhudilər isə həzrət İsanı (ə) qəbul etmir, onu yalançı və peyğəmbərlik idiası edən bir şəxs kimi hesab edirlər. Xaçpərəstlər də yəhudiləri həzrət İsanın (ə) qatili bilirlər. Yuxarıda qeyd etdiyimiz kimi, İslamda belə hallara əsla rast gəlmirik. Bunlara baxmayaraq, şərq-şünaslar, ilk növbədə keşişlər İslam haqqında düşmənçilik və ədavətlə çıxış etdilər, xüsusilə Peyğəmbər (s) barəsində elə uydurmalar yazdılar ki, insaflı insan onları dilə gətirməyə həya edir. Kitab əhlinin İslama qarşı düşmənçiliklə çıxış etməsi Bizans imperatorluğuna təsadüf edir. Belə ki, bu haqda ilk əsər Ərəbistan yarımadasında yaşayan Yuhənna Dəməşqi Qiddisə (675-749) isnad verilmişdir. O, əməvilər hakimiyyəti dövründə yaşa-masına baxmayaraq özünün “Haeresibas” əsərində qərəzli şəkildə İslam haqqında müxtəlif şübhələr, habelə İslamın bidət və bütpərəstliklə bağlı olması kimi böhtanlar yazmışdır. Ondan sonra ərəblər arasında “Əbu-Qürrə” kimi tanınan Theadorus Pey-ğəmbərə (s) töhmətlər nalayiq və yaramaz sözlər yazmağa başladı. O Hərranın (“Hərran” Məkkənin qərbində yerləşən və sakinləri məsihi olan şəhərlərdən biridir.) böyük keşişlərindən biri idi və özünü Yuhənna Dəməşqinin şagirdlərindən bilirdi. Theadorus özünün müxtəlif əsərlərində Peyğəmbərə (s) qarşı həddən artıq hörmətsizliklər etmişdir. Pey-ğəmbərin (s) haqq olmasını danmış, onun böyük möcüzələrin inkar edərək İslamın bir neçə qadınla evlənmək, zina etmək və s. qanunlarına irad etmişdir. Bu qəbildən çıxış edənlər, adətən qərbdə yaşayan xaç-pərəstlər idilər. Onların Pey-ğəmbərə (s) və İslama qarşı hör-mətsizlik etmələri müsəlmanarın fəthindən sonraya təsadüf edirdi. Müsəlmanların məsihi olan Aralıq dənizinin sahillərində irəliləməsi, eləcə də İspaniyanı fəth etməsi, İslamın məsihi dinin canişini ol-duğunu iddia etməsini və İslam tərəfindən həzrət İsanın çarmıxa çəkilməsinin rədd edilməsi şüb-həsiz ki, kilsə keşişlərini narahat etməyə bilməzdi. Müsəlmanlar İspaniyanı fəth etdikdən sonra, İslamın müxtəlif sahələrini qərbə tanıtdıra bildilər. Tarixi şahidlərə əsasən, Avropanın cənubunda yaşayan katoliklər İslamdan aza-cıq olsa da belə, məlumatları var idi. Amma demək olar ki,bu, təkcə siyasi və hərbi sahəyə aid idi. Müsəlmanlar İspaniyanı fəth etdikdən sonra, dinin həqiqi simasını məhrum təbəqənin mə-nəvi və maddi huquqlarına diqqət etməklə yanaşı, tanıtdırmağa başladılar. Siyasi iqtidar və İslam dinin yusək mədəniyyət və sivlizasiyası nəticəsində katolik qutlardan bir dəstəsi İslamı qəbul etdilər. Ərəblərin ispan qızları ilə evlənməsi də bu cəryanı daha da gücləndirdi. Bundan əlavə, ümu-mi kitabxanaların xaçpərəst və yəhudilərin üzünə açıq olması xaçpərəstlərin müsəlmanlarla sülh şəraitində yaşadıqlarını göstərir. Alvarus 845-ci ildə yazır: “Təəssüflər olsun ki, bütün xaç-pərəst cavanları rəğbətlə ərəb kitablarını mütaliə edərək xaç-pərəstlərin kitablarına əhəmiy-yətsiz və dəyərsiz kimi baxır-dılar.” (“Mühəmməd (c) Avro-pada”) Bu gedişatdan təhlükə hiss edən keşişlər çıxış yolu düşün-məyə başladılar Onlar müxtəlif yollara əl atmaqla, İslamın xaç-pərəstlər arasında yayılmağın qarşısını almalı idilər. Buna görə də nalayiq və yaramaz bir işə əl atdılar. Belə ki, Peyğəmbərin (s) ünvanına söyüş və nalayiq sözlər deyən şəxsin İslamda ölüm hökmünün icra olunduğunu bilə bilə bazarlarda, ümumi yerlərdə o həzrəti söyməyə başladılar. Za-manın qazısı Qurtubinin fətvası ilə əvvəldə onları tutub, zindana saldılar, lakin çirkin əməllərindən əl çəkmədikləri üçün, qazının hökmü ilə öldürüldülər. Digər tərəfdən isə, Əməvi ha-kimlərinin yanlış siyasəti keşiş-lərin daha da İslama qarşı sərt mövqe tutmasına səbəb oldu. Bu zamandan Peyğəmbərə (s) və İslama yaraşmayan nalayiq töhmətlər və hörmətsizliklər adi bir hala çevrildi. Orta əsrlərdə avropalılar əziz Peyğəmbərimizi (s) pisliklərlə yad edir, onu müsəlmanların pərəstiş etdiyi bir şəxs kimi qələmə verirdilər. Bu dövrdə yazılan əsər və elmi işlərdə müsəlmanlar bütpərəst kimi göstərildi və avropalıların müştərək düşməni kimi tanıt-dırıldı. Bir sözlə, qərblilər orta əsrlərdə İslama qarşı məntiqsiz mövqedən çıxış etdilər. İsalmı məntiqsiz, müsəlmanları vəhşi, təfriqə salan, qan tökən, Pey-ğəmbəri isə qarətçi və yalançı bir şəxs kimi qələmə verirdilər. Keşişlər Qüdsü azad etmək və müsəlmanlardan intiqam almaq məqsədilə xaç yürüşləri müqəd-dəs müharibə adı ilə başladılar. Xaçpərəstlər 200 ilə qədər davam edən bu döyüşlərdə müsəl-manların əqidələri ilə yaxından tanış, onların heç də bütpərəst olmadıqlarının şahidi oldular. Bu zaman artıq keşişlər xaçpərəstləri daha aldada bilməzdilər. Buna görə də yeni üslublara əl atdılar. İkinci xaç yürüşünün dini rəhbəri, keşiş Bernad Kileru xaçpərəstlərə müsəlmanları elmi yolla tanıt-dırmağa cəhd göstərir və Quranın zəif nöqtələrini axtarıb, onu hamıya, xüsusilə müsəlmanlara elan etməklə onları İslamdan uzaqlaşdırmağı təklif edirdi. Məhz bu səbəbdən də, Quranı latın dilinə tərcümə etdirmək qərarına gəldi və bu işi ingiltərəli K. Robertə həvalə etdi. Bununla da Quran ilk dəfə 1143-cü ildə latın dilinə tərcümə edildi. Təssüflər olsun ki, Avropada baş verən bu proses özünü doğrulda bilmədi; xaçpərəstlər müsəlmanlarla birbaşa əlaqə yaratdıqları üçün onları dastan və yaxud nağılla aldadmaq mümkün deyildi. Buna görə də keşişlər Peyğəmbərin (s) həyatını təhrif edərək xalqa çatdırmağa baş-ladılar. O cümlədən, xüsusilə Pey-ğəmbərin (s) Xədicə ilə var-dövlətini ələ keçirmək məqsədilə evlənməsini, o həzrətin guya keşişlərdən təlim almasını və özündən bir din uydurmasını qələmə almağa başladılar. Sercan Mandolin “Mühəmməd həmişə rahib Buheyranın hücrəsinə gedir, ondan və digər rahiblərdən təlim alırdı. Sonra həmin rahiblər onun tərəfdarları tərəfindən öldürü-lürdülər!” – uydurmasını, eləcə də Con Lidin 1430-1438-ci illər arasında yazdığı “Şahzadələrin süqutu” adlı mənzuməsində əziz Peyğmbərimizin (s) Xədicənin sərvətindən istifadə etmək üçün onunla evlənməsini “Yalançı Peyğəmbər” ünvanı ilə qeyd etdiyini buna misal göstərmək olar. İslamın böyük qəhrəmanı Səlahəddin Əyyubinin rəhbərliyi ilə xaçpərəstlər Qüdsdən çıxarıl-dıqdan sonra, keşişlər daha da nalayiq şəkildə Peyğəmbərə (s) hörmətsizliklər etdilər ki, biz burada onları deməkdən vaz keçirik. Çünki onları təkrar etmək bir növ əziz Peyğəmbərimizə (s) hörmətsizlik deməkdir. Xaçpə-rəstlər Qüdsdən çıxarıldıqdan sonra, İslamın inkişafını cadu və sehrlə əlaqələndirdilər. Bunula yanaşı, 12-ci əsrdə bəzi təd-qiqatçılar İslama qarşı müsbət fikirlər söyləyirdilər. Gilbert Denoqenti, Hiderbert Delemans və Guiloume Tripoli buna misal göstərmək olar. Qərbin müsəl-manlarla düşmənçilik etməsi ümumi bir xəstəliyə çevrilmişdi. Hələ xaç yürüşlərinin xati-rələri avropalıların zehnindən silinməmişdi ki, )1453-cü ildə) osmanlı türkləri indiki İstanbul adlanan Qostəntəniyyəni fəth etdilər. Elə bu zamandan osman-lılar avropalıların nəzə-rində bir kabusa çevrildilər. 1492-ci ildə müsəlmanlar tamamilə İspaniyanı əldən verdilər və bununla da müsəlmanların Avropadakı hü-zuru sona yetdiyindən, Avropada ərəb müsəlmanlarından bəhs olunmurdu. Buna görə də İslamın bütün anlamı avropalılar üçün “türklərdə” xülasələşirdi. Artıq bu dövrün ədəbiyatında həzrət Mühəmməd (s) ərəb deyil, türk soyğunçusu kimi göstərilirdi. 18-ci əsr “fikir azadlığı” və “humanizm” və “ağıl əsri” adı ilə tanınsa da, nə renesans, nə hu-manizm, nə elm və texnalogiyanın inkişafı, nə də avropalı müsafir-lərin yaxın şərqdən verdiyi mə-lumatlar Peyğəmbərə (s) edilən hör-mətsizliyin qarşısını ala bilmədi. Qərb ölkələrində İslamın əziz Peyğəmbərinə (s) yaraşma-yan böhtan və iftiralar hələ də davam edir və elə bir vəziyyətə gəlib çıxmışdı ki, avropalı səya-hətçilərin səfərnamələri müsəl-manların əqidələri və adət ən-ənələri haqqında məlumatlarla dolmuşdu. Abdevertu “Quranın müəllifi” adlı elmi işində orta əsrlərin cəfəngiyatını, o cümlədən, İslamın qılıncla yayılması, Peyğəmbərin (s) məntiqsiz olması, İncildən istifadə etməklə yeni bir din yaratması kimi böhtanları və o həzrətin bir neçə qadınla ev-lənməsini tənqid atəşinə tutaraq orta əsrlərin pis xatirələrini təkrarladı. Ondan sonra, Jan Antuan Quer 1747-ci ildə çap etdiyi kitabında Peyğəmbər (s) haqqında yaramaz sözlər yazdı. (Biz yenə də Peyğəmbərə (s) hörmətsizlik olmasın deyə, onları qeyd etməkdən keçirik. Bu barədə Minu Səmiminin “Məhəmməd Avropada” adlı kitabını müraciət edə bilərsiniz.) Bu dövrün (18-ci əsrin) ən məşhur qərb yazıçılarından biri fransız Volter dində hər növ təəssübün müxalifi idi. 1738 ci ildə yazdığı “Mahomet ou le Fana-tizme” adlı tamaşası 3 ildən sonra səhnəyə çıxdı. Bu tamaşa onun məşhur əsərlərindən sayılırdı. O, öz iddiasının əksinə olaraq bu tamaşada Peyğəmbərə (s) hər növ böhtan və iftira deməkdən çəkin-məmişdi. Bu tamaşada Ömər, Əbu-Süfyan, Zeyd ibn Harisə və başqalarının rolu ifa olunur və Peyğəmbər (s) guya öz məram və məqsədinə nail olmaq üçün hər bir işə əl atan, qarətçiliklə məşğul olan, hətta öz yaxınlarını belə, öldürməyə hazır olan bir şəxs kimi tanıtdırılır. Bu tamaşa os-manlı səfirinin rəsmi etirazından sonra səhnəyə çıxmağa qadağan olundu. Əlbəttə, Volterin məqsədi Pey-ğəmbərə (s) hörmətsizlik deyil, əksinə Fransa kilsələrinin o həz-rətə qarşı olan rəftarını nümayiş etdirmək istəyirdi, lakin iş elə gətirdi ki, Volter hör-mətsizliyə yol verərək, həzrət Mühəmmədin (s) şəxsiyyətini 18-ci əsrdə yaşa-yan avropalıların zehnində qəddar bir şəxs kimi canlandırdı. Bununla yanaşı, 18-ci əsrdə bir dəstə avropalıların İslamla belə rəftarın əksinə çıxalraq bir neçə tərifə layiq işlər gördülər. Məsələn, B. Kant özünün “Möv-hümatın zəngi” adlı kitabın-da İslamı xaçpərəstliyin əksinə olaraq fitri, əsl, sadə və məntiqli bir din kimi qələmə verdi və bildirdi ki, “Mühəmmədin dinindən mən-tiqli, ağıllı və asan bir din yoxdur.” Hətta müsəlmanların uşağı xütnə etməsini müdafiə edərək, onun tibb baxımından faydalı olduğunu bəyan etdi. Həmin əsrdə Peyğəmbəri (s) müdafiə edən ilk şəxslərdən biri A. Simon “Saresenlərin tarixi” adlı bir kitab yazmış və Corc Sil 1734-cü ildə Quranın tərcüməsin çap etdirmişdi. Simyon müsəlmanları fateh kimi yad edərək, onların rəftar-larını tərif ləmiş, 1717-ci ildə imam Əlinin (ə) qısa kəlamlarını tərcümə və çap etmiş, o həzrətin böyük alim və mütəfəkkir olmasını təkid etmiş və nəhayət yazmışdır: “...Ərəblər öz fəthləri ilə elm və biliyi avropada yaydılar.” Corc Sil də Quranı tərcümə edəndən sonra, həzrət Mühəm-məd (s) və İslam əqidələri haq-qında müqəddimə yazdı. Onun bu yazısı çoxlu etirazlara səbəb oldu. Belə ki, çoxları onun müsəl-man olmasını söylədilər. O, özünü müdafiə edərək belə bir bəyanat verdi: “Mən, Mühəmməd və onun Quranından söhbət etdikdə, on-lara qarşı hörmətsizlik etməyə haqqım yoxdur, əksinə həm Mü-həmməd, həm də onun Quranına qarşı nəzakət, ədəb ərkanla çıxış etməyi özümə borc bilirəm”. Bunlardan əlavə B. Anri də müsəlmanlarla ədalət və insafla davranmağın tərəfdarı idi. O ya-zır: “Hansı böhtan və iftira Mü-həmməd ümmətinə nisbət veril-məmiş və rəva görülməmişdir?! Bütün bu hörmətsizliklər, haqsız-lıqlar müqəddəs müharibədən (xaç yürüşlərindən) qayıdanların yanlış məlumatlarından irəli gəl-mişdir.” Ondan sonra, R. Adriyan de-yirdi ki, müsəlmanlar heç də bizim düşündüyümüz kimi deyil-dirlər. Bu vaxtdan qərb dünyasında İslama qarşı azacıq olsa da belə, ədalətli mövqe tutanların sayı artmağa başladı. Artıq orta əsrlər də İslam və Peyğəmbər (s) haq-qındakı əfsanəvi dastanlar öz mahiyyətini itirməyə üz qoydu. 19-cu əsrin görkəmli şəxsiy-yətlərindən sayılan Madalonq Karleylin bu istiqamətdəki işləri əvəzsizdir. O, özünün “Tarixdə qəhrəmanlıq” kitabında həzrət Mühəmmədi (s) tarixin böyük bir qəhrəmanı kimi tərifləmiş və bu məsələ ilə əlaqədar belə çıxış etmişdir: “Bu şəxsiyyətin dilə cari etdiyi cümlə (La ilahə illəllah – Allahdan başqa sitayişə layiq heç bir məbud yoxdur) 1200 il ərzində 180 milyon insanın həyat yolunu təyin etmişdir. Hal-hazırda da Allahın yaratdıqlarının çoxu Mü-həmmədin sözünə inanırlar.” Beləliklə, Avropanın tarixində ilk dəfə olaraq açıq-aşkar və cürətlə həzrət Məhəmməd (s) bö-yük şəxsiyyətlər və qəhrəmanlar sırasında qərar tutdu. Karleyl av-ropalıların nəzərini rədd edərək bildirdi ki, Mühəmmədi (s) şair və yaxud peyğəmbər adlandırmaq olar. Çünki onun dilə cari etdikləri sözlərin adi inasanın sözləri ilə fərqli olduğu açıq-aşkar hiss edilir və bu, həqiqət (qeyb) aləmindən fasiləsiz olaraq ona ilham olu-nurdu. O, həmişə bu həqiqətlə yaşayırdı.” Bununla belə, o, avropadakı ictimai və siyasi atmosferdən ehtiyat edərək deyirdi ki, mən onu ən yaxşı peyğəmbər kimi qəbul etmirəm. Şübhəsiz, o, əsl peyğəmbər deyil, lakin onu düz-gün peyğəmbər kimi qəbul edirəm.” Karlayl avropalıların Pey-ğəmbər (s) haqqında uydur-duqları böhtanlar və iftiralar haqqında deyir: “Bunlar bir qrup qiymətsiz və dəyərsiz insanlardır ki, Mühəmmədə layiq olmayan işləri nisbət vermişlər. Ömrünün əvvəlindən sonuna qədər onun davranışında ziddiyyət müşahidə edilməmiş, həmişə zülm, haq-sızlıq, ədalətsizlik, əzlaqsızlıq, fitnə-fəsad və vəzifə düşkünlüyü ilə mübarizə aparmış, qanunsuz-luq və vəhşiliyi aradan aparamq məqsədilə ictimai və əxlaqi qa-nunlar çıxarmışdır.” Bu sözlər Karlaylın həzrət Mühəmməd (s) haqqında söy-lədiklərinin az bir hissəsi idi. Bu yazıçı cürətlə, heç bir şeydən çəkinmədən Peyğəmbəri (s) mü-dafiə etdi. Hətta bəziləri etiraz edərk, onu məsihi dininə xəyanət etməkdə ittihamlandırdılar. Belə hadisələr Avropada Peyğəmbər (s) haqqında daha düzgün düşün-məyə zəmin yaratdı, nəti-cədə T. Andre 1918-ci ildə özünün “Mü-həmmədin şəxsiyyəti” adlı kita-bında İslam Peyğəmbəri (s) deyilən iftiralardan və uydur-malardan uzaq bilərək belə qeyd etmişdir: “Doğrudan da, Mühəm-məd ictimai bir islahatçı idi və Ərəbistana hakim kəsilən cahiliy-yəti və nadanlığı aradan qaldıra-raq, camaatın üzünə yeni təfəkkür üfüqü açdı.” (“Mühəmməd (c) Avropada”, 9-cu fəsil) 20-ci əsrdə osmanlılar süqut edərək, avropalılar öz keçmiş ar-zularına çatdılar. 1917-ci ildə Beytül-Müqəddəsin, ondan sonra – 1920-ci ildə isə, Dəməşqin fransızlar tərəfindən işğal edil-məsi avropalıları müsəlmanları təhqir etməyə bir az da rəğbət-ləndirdi. Onlar müsəlmanları aciz, geridə qalmış, sadə və məntiqsiz bir xalq kimi qələmə verərək, İslam dinini müsəlmanların geridə qalmasının əsas səbəbi kimi tanıtdırdılar. Avropalıların müharibələrdə zəfər qazanması, müsəlmanların siyasi və maddi mənbələrinə yiyələnməsi və os-manlıların süqutu onları daha da qururlandırırdı. 20-ci əsrdə qərblilərin İslam və Peyğəmbərə (s) qarşı məntiqsiz və yanlış mövqe tutması hələ də davam edirdi. Onlar Salman Rüşdini söz və bəyan azadlığını müdafiə etmək bəhanəsi ilə dəstəklədilər və bununla da İs-lamla mübarizə aparmaqlarını və məntiqsiz yolla İslama və əziz Peyğəmbərimizə (s) böhtan və iftira vurmaqda hələ də israrlı olduqlarını aşkar etdilər. Bunlarla yanaşı, 20-ci əsrdə Peyğəmbəri (s) tanımaq üçün ciddi səylər başladı. Bu məqsədlə xanım Are Mani Şimil bir kitab yazaraq həzrət Mühəmməd (s) və onun İslam ədəbiyyatındakı rolu barəsində müsbət fikirlər irəli sürmüşdür. Buna baxmayaraq, son illərdə də Avropada Peyğəm-bərə (s) qarşı hörmətsizliklərin şahidi olduq. “Mədəniyyətlərin dialoqu” ad-lanan bu əsrdə bütün insanların tez bir zamanda bir-birlərilə əlaqə saxlaya bildikləri, elm və texnolo-giyanın tərqqi etdiyi bir vaxtda, xalqlar bir-birinin müqəddəslərinə hörmətlə yanaşmalı, dialoq və məntiq çərçivəsində ortada olan ziddiyyətləri aradan qaldırmalı, xüsusilə xaçpərəst və müsəlman-ların arasında mövcud olan, Qur`-ani-Kərimin dəvət etdiyi müştərək prinsipləri dirçəltməlidirlər.

Cəmil Həsənov
1121 dəfə baxılıb
gözləyin...