Şrift ölçüsü: Kr
04 Sentyabr 2010

Tərs adamla görüşdən qabaq

“Tövhid” surəsini oxumağın fəzilət və mükafatı (2)

Əmirəl-möminin (ə) peyğəmbərin dilindən belə nəql edir: “Yatan zaman “tövhid” surəsini yüz dəfə oxuyan şəxsin 50 illik günahları bağışlanar. (Həmin mənbə, h. 481)
İmam Sadiq (ə) atasından nəql edir ki, Allahın rəsulu (s) Səd ibn Muazın cənazəsinə namaz qılandan sonra buyurdu: “Həqiqətən, Cəbrəil də aralarında olmaqla 90 min mələk ona namaz qıldı. Cəbrəildən soruşdum ki, ona namaz qılmağınızın səbəbi nədir? Cəbrəil dedi: “O ayaq üstə, oturduğu halda, süvari və piyada gedəndə “Tövhid” surəsini oxuyardı.” (“Təfsiri-məcməul-bəyan”, c. 10, s. 561)
İmam Sadiq (ə) buyurur: “Yatağına girəndən sonra “Tövhid” surəsini 11 dəfə oxuyan şəxsi Allah öz evində və başqa evlərdə hifz edər.” (“Səvabul-əmal”, s. 295, h. 483)
Əmirəl-möminin (ə) buyurur: “Sübh namazından sonra “Tövhid” surəsini 11 dəfə oxuyan şəxs həmin gün şeytanın istəyinə zidd olsa belə günaha batmaz.” (Həmin mənbə” h. 484)
İmam Kazim (ə) buyurur: “Tərs adamla görüşdən qabaq “Tövhid” surəsini oxuyan insanı Allah hər tərəfdən qoruyar və tərs adamdan ona xeyir yetirər. Buyurulur ki, bir şeydən qorxanda Quranın istənilən yerindən yüz ayə oxu və sonra de: “Allahumməkşif ənnil-bəla” (Həmin mənbə, h. 485)
Həfəs ibn Qiyas deyir: “İmam Sadiq (ə) bir şəxsə buyurdu: “Dünyada qalmaq istəyirsənmi?” Həmin şəxs cavab verdi ki, bəli. İmam səbəbini soruşdu. Həmin şəxs dedi: “Tövhid surəsini oxumaq üçün.” İmam buyurdu: “Ey Həfəs, bizim dostlarımız və şiələrimizdən kimsə Quranı yaxşı oxumadan dünyasını dəyişsə, ona qəbrində Quran öyrədilər ki, Allah bu səbəbə ona behiştdə uca məqam versin. Həqiqətən, behiştin dərəcələri Quran ayələrinin sayı qədərdir. Quran oxuyana deyilər ki, oxu və yüksəl.” (Həmin mənbə, h. 486)

“Nas” və “Fələq” surələrini oxumağın fəzilət və mükafatı

İmam baqir (ə) buyurur: “Hər kəs vitr (gecə) namazında “Nas” və “Fələq”, “Tövhid” surəslərini oxusa, ona deyilər: “Ey Allahın bəndəsi, müjdə olsun sənə, Allah sənin vitr namazını qəbul etdi.” (Təfsiri-nurus-səqəleyn”, c. 5, s. 716; “Təfsiri-məcməul-bəyan”, c. 10, s. 567)


HaqqYolu üçün hazırladı: Miqdad Eyvazov
Mənbə: “Quran və Həyat”
 

636 dəfə baxılıb
gözləyin...