Şrift ölçüsü: Kr
03 Sentyabr 2010

Öz ağrını yaşamağa nə var!

Öz ağrını yaşamağa nə var! Şuşalının Şuşa dərdindən əriməsi iftixar deyil, əriməməsi xəcalətdir. Təbrizlinin, bakılının Şuşaya yanması üçün böyük insanlıq, vətənpərvərlik lazım.
Fələstin, Qüds bizdən çox uzaq, haradasa 1500 km. Havası, suyu, torpağı, insanı ayrı. İsrail tanklarının tırtılları altda əzilən fələstinli nə millətimizdəndir, nə tayfamızdan. İki müştərək cəhəti var: insandır, müsəlmandır. Fələstinliyə yanmaq üçün insanlığa, imana ehtiyac var. Qarabağlı da həm insandır, həm də müsəlman. Qarabağlıya yanmayan fələstinliyə yana bilərmi? Öz balasına ağlamayan, özgə balasına ağlayarmı?.. Eşq-nifrət cütü prizmasından bu məsələni ikinci müstəvidə həll etmək daha asandır. Azərbaycanlının işğalçı yəhudiyə nifrəti işğalçı erməniyə nifrətindən güclü ola bilərmi? Bəli, ola bilər! Zülm şəhərində daşnak sionistin əlinə su tökməyə yaramaz. Ona görə təəccüb edirsən ki, sionizmdən xəbərsizsən, dost. Bir qədər mütaliə et, özü də tarixi yox, bu günü. Dünyanın qanının sorulmasında yəhudi neştərini erməninki ilə müqayisə et.
Bu gün Qüds günüdür! 03 sentyabr, ramazan ayının son cüməsi. Xocalı günü kimi bir gün. Amma Xocalı boşdur, Qüds dolu. Xocalı tarixdir, Qüds bu gün. Xocalılı Bakıda, Şəkidədir, qüdslü elə Qüdsdə dayanıb işğalçı ilə üzbəüz. Daş atır, cırmaq atır, qoyub qaçmır. Bu iki vəziyyət çox fərqlidir, insafla baxsan.
Qüds həm də müsəlmanların qibləsidir. Qüdsün işlğalı məni müsəlman olduğum qədər yandırır. Gün uzunu ətrafdakıları zəhərləyib, çapanda Allah yadıma düşmürsə, Qüds yadıma düşməz. Müsəlmanlıq qəlb məsələsidir, zahirlə ölçülməz. Allahı sevməmiş Onun evini sevmək riyakarlıq, həvəs, cəhalətdir. Məşuqun ayağının tozu yalnız aşiq üçün təbərrükdür. Allahı sevirsənsə, “Qüdsə azadlıq” deyib haray çək!

A. Eyvazov
HaqqYolu
 

574 dəfə baxılıb
gözləyin...