Şənbə,  
30 Avqust 2014
3 Zilqədə 1435
8 Şəhrivər 1393
11:03:59

Şrift ölçüsü: Kr
29 İyun 2010

Şeytan Monitorda – Parnoqrafiya! (1)

Etiqadlı insanlar üçün İblis, şeytan sadəcə obraz deyil, bir həqiqətdir. Bununla belə çoxlarımız İblisin buynuzlu olduğunu, eyş-işrət əhlinə yaxınlaşdığını düşünürük. Əslində o sizin yanınızdadır – mobil telefonda, kompüterdə!
Bu gün bəşəriyyətin ömrünü, əxlaqını oğurlayan, onu təkamüldən saxlayan bir əsas düşmən var: Parnoqrafiya! Mövzunun zəruriliyini nəzərə alaraq bu barədə silsilə araşdırmalar aparmaq qərarına gəldik. Birinci hissə qarşınızdadır.

Top.rbc.ru yazır ki, Amerika KİV-i bu gün Massaçusets alimlərinin yeni tədqiqatlarından yazır. Tibb mütəxəssisləri bu qənaətə gəliblər ki, parnoqrafiya ona baxanları məhv edir.
Alimlər il ərzində daim parnoqrafiyaya baxan 6 min yeniyetməni nəzarətə götürüblər. Tədqiqatlar göstərib ki, parnoqrafiya həvəskarları böyük sosial təhlükə mənbəyidir. Müəyyənləşdirilib ki, parnoqrafiyaya baxmaq meyli alkoqoldan asılılığa proporsionaldır.
News.babr.ru-da səhifəyə çıxarılmış parnoqrafiyaya dəstək məqalədə bildirilir ki, 1972-ci ildə açıq seksual materiallar Yaponiyada tam qadağan olub. Sonradan qadağalar aradan götürülüb. Hazırda ildə Amerikada 2500, Yaponiyada 14 min parnoqrafik film çəkilir. Yaponiyada oğlan məktəblilərin 50 faizi, qız məktəblilərin 20 faizi ardıcıl şəkildə parnokomiks – seksual xarakterli mətnlər oxuyur.
Amma... Diqqət edin: Məqalədə iddia olunur ki, 1972-ci ildən 1995-ci ilə qədər zorlama hadisəsi 3 dəfə azalıb. Yaponiyada 1972-ci ildəki zorlamaların 33 faizi, 1995-ci ildəki zorlomaların 18 faizi yeniyetmələrin payına düşür. Bildirilir ki, seksual təcavüz hadisələrini adətən qapalı, dini mühitdə tərbiyə alanlar törədir. Guya parnoqrafiyaya aludə insanlar zorlamaya meylli deyil!
Məqalənin başlığı daha maraqlıdır: Dünyanı parnoqrafiya xilas edəcək! Siz də belə düşünürsünüz? Ardını izləyin...

HaqqYolu
 

3341 dəfə baxılıb
gözləyin...