Sual:
(1
Əssalamu Əleykum Sualım qohumla evlilik haqqındadır. Bildiyim qədərincə dinimizdə qohumla evlilik caizdir. Amma başqa tərəfdən qohumla evlilikdən qüsurlu uşaqlar doğulma ehtimalının böyük olduğu deyilir. Bu baxımdan qohumla evlənmək istəyən şəxs belə bir seçim qarşısında qalarkən nə etməlidir. Əvvəlcədən qanın uyğun gəlib-gəlmədiyini yoxlamaq və s. kimi işlərə dinin baxışı necədir. Allah razı olsun
Cavab:

 Ələykum salam. Naməhrəm və nigaha şəraiti olan qohumla evlilik və qan analizi dini baxımdan icazəlidir. Övladdakı qüsur məsələsi isə, yadla evlilikdə də ola bilir və bunun qohum və yad kimi fərqi yoxdur.

Sual:
(2
1)Qiyamet suresindeki ALLAH qiyamet gunu oz camalini gosterecek ayesinin tefsiri haqqinda zehmet olmasa melumat verin. 2)Resulla Nebi arasinda ferq nedir?
Cavab:

 1. Qiyamət surəsinin 22-23-cü ayələrində sözügedən baxış qəlblə müşahidə haqqındadır. İnsan maddi gözlə Allahı görə bilməz. Çünki, bu göz cismləri görmək üçündür.
2. Rəsul həm mələyi eşidir, həm də görür. Nəbi isə, mələyi yalnız eşidir.

Sual:
(3
Salamun Aleykum.Ilk once size oz tesekkurumu bildirirem bizlere bele serait yaratdiqiniz ucun.Sualim beledir ki,baxiciya baxdirmaq bilirik ki, gunahdir amma onlarin dediyi sozler ve ya verdiyi proqnozlar duzdurmu?
Cavab:

 Ələykum salam. Bəzən düzgün ola bilər. Əgər belə şəxslər sözügedən istedadı İlahi və mənəvi yolla əldə etmişlərsə, onların sözləri düzgün ola bilər. Əgər şeytani yolla əldə etsələr, düz sözləri belə şeytani qüvvələr vasitəsilədir.

Sual:
(4
SALAM SUAL BELEDIR KI ALIMLERIN MUSTEHEB ISLERI OZLERINE VACIB BILMELERININ SEBEBLERI NEDIR ECABA ?
Cavab:

 Ələykum salam. Mənəviyyatı daha da möhkəm etmək üçün bəzi alimlər haqqında daha çox hədislər olan (gecə namazı kimi) müəyyən müstəhəb əməlləri özlərinə vacib edirlər.

Sual:
(5
Salam Allah razi olsun. sizlerden exlaqda gozel tesir qoyan dualar isteyirem nece ne vaxt eliyim dualari yazardiniz insallah. bilirem imanli olmaq ucun sey gostermek lazimdi ancaq biliremki bele dularda var mesum imamlarimizdan.Allah komeyniz olsun
Cavab:

 Ələykum salam. İmam Səccadın “Məkarim əl-əxlaq” duasını oxumağınız yaxşıdır. Bu dua “Səhifəyi Səccadiyyə” və “Məfatih əl-cinan” kitabında var.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9